Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının həcmini azaltmasını nəzərdə tutan OPEC+ anlaşmasının müddətinin uzadılması imkanları noyabrın 30-da Vyanada (Avstriya) müzakirə ediləcək.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Boliviyada keçirilən neft-qaz sammitində məlumat verib.
"OPEC+ anlaşmasının müddətinin 2018-ci ilin sonuna qədər uzadılması ilə bağlı razılığa gəlinibmi?" sualına cavab verən A.Novak "müzakirə edəcəyik, hələ yox" deyib.
Xatırladaq ki, ötən gün bu istiqamətdə razılığın əldə olunmasına dair mətbuatda xəbərlər yayılıb.