XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2017 - 16:07

Türkiyədə sabiq televiziya prodüseri həbs edilib- Rusiya səfirinin qətli ilə əlaqədar

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə əlaqədar “TRT Avaz” telekanalının sabiq prodüseri Heyrəddin Aydınbaş həbs edilib.
 
APA-nın “Hürriyət”-ə istinadən verdiyi xəbərə görə, H.Aydınbaş Ankarada cinayət işini aparan prokuror tərəfindən dindirilib.
 
Bundan sonra  cinayət işləri üzrə məhkəmə H.Aydınbaş barəsində "qəsdən adam öldürmədə  təşkilatçılıq" maddəsi ilə həbs qərarı verib.
 
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il, dekabrın 19-da Ankarada, fotosərgidə çıxış edərkən odlu silahla qətlə yetirilib. Cinayəti törədən polis əməkdaşı Mert Altıntaş hadisə yerində məhv edilib.