XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 17:08

Dünyada 58 jurnalist qətlə yetirilib- İlin əvvəlindən bəri

2017-ci ilin əvvəlindən indiyədək dünyada 58 jurnalist qətlə yetirilib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının Baş katibi Entoni Belanje Rusiya Jurnalistlər İttifaqının XII qurultayında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Jurnalistlər Federasiyası mətbuat işçilərinin təhlükəsizliyinin təminatına dair qanun layihəsi hazırlayıb və dəstək üçün BMT-yə və nüfuzlu ölkələrin rəhbərlərinə müraciət edib.

UNESCO-nun noyabrın əvvəllərində yaydığı hesabata əsasən, 2006-cı ildən 2017-ci ilədək olan dövrdə 930-dək jurnalist peşə vəzifələrini yerinə yetirərkən öldürülüb. Qətlə yetirilən jurnalistlərin 29 faizi TV əməkdaşı, 17 faizi ştatdankənar müxbir olub. On ölüm hadisəsindən doqquzunda qatillər cəzasız qalıb.