XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

25 Noyabr 2017 - 19:14

Misir prezidenti Omana səfərini təxirə salıb- Terrorda ölənlərə görə

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Sinay yarımadasının şimalında törədilən və 300 nəfərdən çox insanın ölümü, təxminən 130 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar Omana rəsmi səfərini təxirə salıb.

Azərtac xəbər verir ki, “Əl-Əhram” qəzetinin yaydığı məlumata görə, Misir prezidenti, həmçinin Əl-Rouda məscidinə hücum zamanı həyatını itirənlərin xatirəsinə abidə qoymasına dair sərəncam imzalayıb.

Xatırladaq ki, noyabrın 24-də hərbi geyimli naməlum şəxslər “Jeep” markalı beş avtomobillə Şimali Sinay vilayətinin administrativ mərkəzi olan Əl-Əriş şəhərindən 40 kilometr qərbdə yerləşən ər-Rouda məscidinə hücum ediblər. Təxminən 25-30 silahlı şəxs məscidi mühasirəyə alıb. Əvvəlcə cümə namazına toplaşan insanların arasında partlayıcı qurğu işə salınıb. Sonra bayıra qaçışan insanlar məscidin həyətində 15-20 dəqiqə ərzində atəşə tutulub. Şahidlər terrorçuların əlində İŞİD-in qara bayrağını yellətdiklərini bildiriblər.

Bu arada Al-Youm Al-Sabia nəşri xəbər verib ki, Misir parlamenti ölkə tarixində ən böyük terror aktı ilə bağlı noyabrın 27-də təcili iclasa toplaşacaq.