XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 19:41

Ankarada mərhum səfir Andrey Karlovun büstü qoyulub- FOTO

Ankarada Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlovun büstünün açılışı olub.

Azərtac xəbər verir ki, açılışda Türkiyə və Rusiyadan rəsmi şəxslər, diplomatlar, mərhum səfirin ailə üzvləri və yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edənlər böyük diplomatik təcrübəyə malik mərhum A.Karlovun həyat yolundan, onun Rusiya-Türkiyə münasibətlərinin inkişafı yolunda göstərdiyi səylərdən danışıblar.

Xatırladaq ki, səfir Andrey Karlov ötən il dekabrın 19-da Ankara Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı qətlə yetirilib. Qətildən dərhal sonra Türkiyə və Rusiya tərəfləri dövlət səviyyəsində açıqlama veriblər ki, bu, terror aktıdır və iki ölkə arasındakı münasibətləri pozmaq məqsədi daşıyır.