XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2017 - 10:36

Zimbabvenin sabiq prezidenti hər ay 150 min dollar alacaq

Zimbabvenin sabiq prezidenti Robert Muqabeyə ömrünün sonunadək hər ay təxminən 150 min dollar alacaq.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda "Guardian" qəzeti xəbər verib. Nəşrin məlumatına görə, prezident postundan getmək sazişində Muqabeyə hüquqi immunitet nəzərdə tutulub, həmçinin Muqabe pul ödənişləri ilə təmin ediləcək. Xüsusilə, sabiq prezident dərhal 5 milyon dollar alacaq.

Hesablamalara görə, Muqabe 10 milyon dollara qədər pul ala bilər.