XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 12:06

ABŞ-da naməlum şəxs Trampın kortejinin qarşısını kəsməyə çalışıb –"Don dələduz" plakatını qaldırıb


ABŞ-ın Florida ştatında naməlum şəxs prezident Donald Trampın kortejinin hərəkətinə mane olmağa çalışıb.

"Report"un məlumatına görə, bu barədə Ağ Evin jurnalistləri bildiriblər.

Məlumata görə, hadisə Tramp qolf klubundan Mar-a-Laqodakı iqamətgahına qayıdanda baş verib. Hansısa anda qırmızı furqonda olan sürücü prezidentin kortejinin qarşısını kəsməyə cəhd göstərib. Yerli asayiş keşikçiləri sürücüsünün ədəbsiz jestləri etdiyi, söyüş söydüyü nəqliyyat vasitəsini dayandırıblar.

Bundan başqa, kortej yolunda etiraz edənlərdən ibarət kiçik qrup və prezidentin tərəfdarları da olub. Rəqiblərdən biri əlində "Don dələduz" plakatını, Trampın tərəfdarları isə "Mən prezidenti qızğın şəkildə dəstəkləyirəm", – sözləri yazılmış plakatı qaldırıb.