XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 15:40

Pakistan ABŞ-ın başına 10 milyon dollar mükafat təyin etdiyi adamı azad etdi –FOTO

Amerikanın başına 10 milyon dollar mükafat qoyduğu "Ləşkəri-i Tayyibe" təşkilatının qurucusu Hafiz Məhəmməd Səid Pakıstan tərəfindən azadlığa buraxılıb.

Ağ Ev İslamabadın bu addımını pisləyib. ABŞ 2008-ci ildə Hindistanın Mumbai şəhərində həyata keçirilən hücumlarda günahkar bilinən və Pakistanda ev dustaqlığında olan Hafiz Məhəmməd Səidin yenidən həbs edilməsini istəyib.

Ağ Evin açıqlamasında qeyd edilib ki, ABŞ "Ləşkəri-i Tayyibe" təşkilatını terror qurumu kimi tanıyıb, eyni zamanda Səidin günahkar olduğuna dair açıq beynəlxalq konsensus var: “BMT Təhlükəsizlik Şurasının 1267 saylı qərarına uyğun olaraq ona qarşı cəza tədbiri görülməlidir”.

ABŞ Maliyyə Nazirliyi Səidin adını 2012-ci ildə beynəlxalq terrorçu siyahısına salıb. Amerika hökuməti isə onun başına 10 milyon dollar qoyub. ABŞ-a görə, terrorçunun azadlığa buraxılması Pakistanın beynəlxalq terrorizmə qarşı mübarizəsinə kölgə salır. (Teleqraf.com)