XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 16:27

“Regiona ABŞ silahı  və himayəsi ilə sakitlik gələcəyi fikri tam səhvdir” –İran prezidenti

 “Bəzi ölkələrin region ölkələrinin  daxili işlərinə qarışmaları problemlərə gətirib çıxarır”

Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözlər İran prezidenti Həsən Ruhani ədliyyə, qanun vericilik və icra orqanlarının rəhbərlərinin görüşü zamanı deyib. Ruhani bəzi ölkələr vasitəsi ilə regionda həyata keçirilən avanturist siyasətin arxasında İsrail və ABŞ-ın durduğu barədə çoxlu faktların mövcud olduğunu deyib.

Prezident qeyd edib ki, İran region ölkələrinin öz problemlərini öz aralarında həll etməli olduqlarına inanır: “ Regionun sionistlər və amerikalıların silahları yaxud himayələri vasitəsi ilə sakitlik üzü görəcəyi təsəvvürü tam səhvdir”. 

Ruhaninin sözlərinə görə, İran müzakirə masası arxasında problemlərin həll edilməsinə üstünlük verir. O, İran, Rusiya və Türkiyə prezidentlərinin son üçtərəfli görüşünün uğurlu olduğunu bildirib:  “Üç ölkə Suriya böhranının həlli üçün siyasi sahədə yaxşı səylər həyata keçiriblər”.