XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2017 - 17:49

İslam Koalisiyasının əsas hədəfi açıqlanıb –İslam Koalisiyası qoşunlarının komandanı


İslam Hərbi Antiterror Koalisiyası terrorizmin bütün təzahürlərinə kollektiv cavab verməyə hazırdır.

TASS agentliyinin verdiyi məlumata görə, bunu bu gün İslam Koalisiyasının qoşunlarının komandanı, Pakistanın istefada olan generalı Rahil Şərif koalisiyaya üzv ölkələrin müdafiə nazirlərinin Ər-Riyadda keçirilən görüşündə bəyan edib.

R. Şərif deyib ki, ölkələr koalisiya çərçivəsində bütün sferalarda antiterror fəaliyyəti üçün ümumi əməkdaşlıq meydanı yaradıblar. Bura birgə hərbi təlimlər və kəşfiyyat məlumatlarının mübadiləsi də daxildir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə İslam Hərbi Antiterror Koalisiyasının yaradıldığı 2015-ci ilin dekabrında rəsmən elan edilib. Koalisiyanın üzvləri arasında Fars körfəzindəki ərəb ölkələri ilə yanaşı, Türkiyə. Pakistan, Malayziya və Misir də var. (APA)