XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Noyabr 2017 - 19:48

İranda zəlzələ qurbanlarının sayı 480 nəfəri ötüb

Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

İRNA agentliyinin verdiyi məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır. Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı. Qeyd edək ki, noyabrın 12-də İraq -İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib. (APA)