XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Noyabr 2017 - 23:06

İstanbul aeroportunda terror  törətmiş şəxs Gürcüstanda  məhv edilib –Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri

Gürcüstanın güc strukturları İstanbul aeroportunda terror aktı törətmiş şəxsi məhv ediblər.

Bunu jurnalistlərə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəriVaxtanq Qomelauri bildirib.

DTX rəisi deyib ki, Tbilisidə noyabrın 22-də keçirilmiş antiterror əməliyyatları zamanı məhv edilən terrorçulardan biri böyük ehtimalla ötən ilin iyununda İstanbulda dəhşətli terror aktı törətmiş Axmed Çatayevdir(təkəlli Əhməd).

Qomelauri bununla belə, daha dəqiq məlumatın ekspertiza başa çatdıqdan sonra əldə olunacağını bildirib. Tbilisidə keçirilmiş antiterror əməliyyatı zamanı 1 terrorçu ələ keçirilib, 3-ü məhv edilib. Əməliyyat zamanı 1 xüsusi təyinatlı həlak olub, 4-ü yaralanıb. (Report)