XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2017 - 00:10

Ukraynanın Baş naziri Gürcüstana səfərə gəlib –Bakı-Tbilisi-Qars dəmir yolu müzakirə olunacaq

Ukraynanın Baş naziri Vladimir Qroysman noyabrın 26-da Gürcüstana səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, səfərdə Ukrayna hökumətinin başçısını bir neçə nazir müşayiət edir.

Vladimir Qroysmanın səfəri çərçivəsində Ukrayna ilə Gürcüstan arasında iki mühüm sənədin imzalanacağı gözlənilir. Keçiriləcək görüşlərdə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi, regional təhlükəsizlik, Bakı-Tbilisi-Qars dəmir yolu, “Böyük İpək yolu” layihəsi, beynəlxalq və GUAM çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Ukrayna hökumətinin başçısı Tbilisidə keçiriləcək “İpək yolu” beynəlxalq forumunda da iştirak edəcək, Gürcüstanın bölgələrinə baş çəkəcək.