XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 21:34

Misirdə təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında atışma:11 nəfər öldü, 9 yaralı var

Misirin şimal-şərqində yerləşən İsmailliyə mahalında təhlükəsizlik qüvvələri ilə silahlı şəxslər arasında baş verən atışmada 11 nəfər ölüb.

Bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, sözügedən mahalın Cilbanə bölgəsində silahlı şəxslərin olduğu və təlim mərkəzi kimi istifadə edilən əraziyə əməliyyat təşkil edilib.

Silahlı atışma da məhz əməliyyat zamanı yaşanıb. Hadisədə 9 nəfərin də yaralandığı bildirilib/Axar.az.

Qeyd edək ki, bir neçə gün öncə Sinay yarımadasında baş verən dəhşətli qətliam zamanı 330 nəfərdən çox müsəlman ölmüşdü/.