XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 22:08

“ABŞ Əsədə və İrana qarşı daha güclü basqı quracaq” –Rusiyalı siyasi ekspert

"Pentaqon Suriyada kürd kartından aktiv olaraq istifadə edəcək".

Bu sözləri rusiyalı siyasi ekspert Timur Nelin deyib.

O bildirib ki, Vaşinqton ənənəvi olaraq Bəşər Əsədə təzyiq etməyə başlayacaq:

“Beynəlxalq mənafe baxımından Pentaqonun Suriyanı tərk etməsi qəribə olar. ABŞ Suriya ordusunun azad edə bilmədiyi bölgələri nəzarət altına almağa və müxalifəti dəstəkləməyə çalışacaq. Əsədə yenə basqılar olacaq. Lakin bu siyasət Əsədə olduğu qədər, İrana qarşı da həyata keçiriləcək”.

Nelin əlavə edib ki, Vaşinqton kürdlərin Suriyadan ayrılmaq istəklərini dəstəkləyə bilər/Axar.az.