XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 11:27

Yaponiya və ABŞ liderləri təzyiqləri artıracaqlar- Şimali Koreyaya qarşı

Şimali Koreya tərəfindən növbəti ballistik raket buraxılışından sonra Yaponiyanın Baş naziri Şinzo Abe ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki xüsusi müxbirinə göndərilən məlumatda bildirilir ki, noyabrın 29-da səhər saatlarında liderlər arasında baş tutan telefon danışığı təqribən 20 dəqiqə çəkib.

Telefon danışığı zamanı Yaponiya və ABŞ beynəlxalq ictimaiyyətlə birlikdə Şimali Koreyaya qarşı təzyiqləri maksimum həddə çatdırmaq barədə razılığa gəliblər. Şinzo Abe jurnalistlərə müsahibəsində bildirib ki, iki ölkə arasında möhkəm ittifaqa əsaslanan liderlər Şimali Koreya rəhbərliyinin siyasətini dəyişməsi üçün mümkün olan bütün addımları atacaqlarını bildiriblər.

D.Tramp ilə Ş.Abenin telefon danışığını şərh edən Ağ ev də bildirib ki, Şimali Koreyanın son ballistik raket sınağı bu ölkəni beynəlxalq ictimaiyyətdən daha da təcrid edir. Tərəflər Şimali Koreyaya qarşı mübarizəyə sadiq qalacaqlarını bir daha təsdiq ediblər.