XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 11:57

BMT TŞ-yə qətnamə qəbul etmək təklif olunur- Ölkələrinə qayıdan İŞİD-çilərlə bağlı

ABŞ BMT Təhlükəsizlik Şurasına (TŞ) İraq və Suriyadan öz ölkələrinə qayıdan İŞİD terror qruplaşmasının döyüşçülərindən gələn təhdidin neytrallaşdırılması üzrə yeni qətnamə qəbul etməyi təkil edir.

Trend-in məlumatına görə, Birləşmiş Ştatların təşkilat yanındakı daimi nümayəndəsinin müavini Mişel Sison BMT TŞ-nin mövcud qətnamələrinin bu məsələdə kifayət etmədiyini bildirib.

Diplomat xatırladıb ki, 2014-cü ildə Təhlükəsizlik Şurası xarici terrorçular – döyüşçülər fenomeni ilə mübarizə haqqında 2178 saylı qətnamə qəbul edib: "Lakin yeni qətnamənin qəbulu diqqəti prioritet istiqamətlərə yönəldəcək".