XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 13:38

İran yeni tank istehsal edib- FOTO

İranın milli istehsalı olan “Kərrar” tankı yaxın vaxtlarda silahlı qüvvələrin istismarına veriləcək.

Bu barədə məlumat verən İranın müdafiə naziri general Əmir Hətami bildirib ki, yeni tank istehsalında yüksək texnologiyalar tətbiq edilib.

Yeni “Kərrar” tankı elektron-optik sistem və lazer-ölçü cihazı ilə təchiz edilib ki, bu da ekipaja hədəflə tank arasındakı məsafəni dəqiq müəyyənləşdirməyə imkan verir. Tank, həmçinin səhrada və dağlıq ərazilərdə sürətlə hərəkət etmə imkanına malikdir.