XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 14:58

Bu il turizmdən 2 milyard dollardan çox gəlir əldə edəcək- Bu ölkə

“Cari ilin sonunda Gürcüstan iqtisadiyyatı turizmdən 2 milyard dollardan çox gəlir əldə edəcək”.
 
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Tbilisidə keçirilən beynəlxalq “İpək yolu” forumunda Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.
 
O bildirib ki, Dünya Bankı ilə birgə hazırlanmış strategiyaya əsasən, Gürcüstan 2025-ci il üçün 11 mln. turist qəbul edəcək.
 
Nazir qeyd edib ki, turizmin sayəsində Gürcüstanda on minlərlə yeni iş yeri yaradılıb.