XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 16:15

Pul köçürmələrinə və nağdlaşdırmaya məhdudiyyət qoyulurTürkiyədə

Türkiyədə pul köçürmələrinə, eləcə də bankomatlardan nağd pulun çıxarılmasına məhdudiyyət qoyulur.

Bu barədə Trend-ə Türkiyənin Banklara Nəzarət Təşkilatından məlumat verilib.

Məlumatda qeyd olunub ki, hər gün icazə verilən maksimal məbləği nağdlaşdıran şəxslərin bank hesabları da xüsusi nəzarətə alınacaq.

Qurumdan verilən məlumata görə, pul köçürmələri üzərində nəzarətin gücləndirilməsi maliyyə fırıldaqları, eləcə də qeyri-leqal mərc oyunları ilə mübarizə çərçivəsində həyata keçirilir: “Türkiyədə 5 milyona yaxın şəxs qeyri-qanuni təşkil edilən qumar oyunlarında iştirak edir. Bu oyunlarda iştirak üçün pul vəsaitləri bankomatlardan çıxarılır”.