XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 16:45

Səudiyyə Ərəbistanı:şahzadə Miteb 1 milyard dollar müqabilində azadlığa buraxılıb

Səudiyyə Ərəbistanında miqyaslı antikorrupsiya təhqiqatı üzrə fiqurantlardan biri olan şahzadə Miteb bin Abdullah hökumətə 1 milyard dollar ödədikdən sonra həbsdən azad edilib.

Azərtac informasiya agentliyinə istinadla xəbər verir ki, 64 yaşlı Miteb bin Abdullah varis şahzadəsinin yaxın qohumudur. Əvvəllər o, kral taxtına əsas namizədlərdən biri sayılırdı.

Həmçinin korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan daha üç nəfər də xeyli vəsait ödəyərək hökumətlə razılığa gələ bilib. “Financial Times” qəzetinin məlumatına əsasən, bəzi hallarda hökumət şübhəlilərdən varidatlarının 70 faizini tələb edir.

Xatırladaq ki, noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiya əleyhinə kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, 4 nazir, həmçinin onlarla sabiq məmur və biznesmen saxlanılıb. Onların arasında dünyanın ən zəngin şəxslərindən biri – “Citigroup” və “Apple” kimi kompaniyaların səhm paketlərinə sahib olan şahzadə əl-Valid bin Talal da var.

Ötən həftə Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman “The New York Times” qəzetinə müsahibəsində saxlanılan yüksək vəzifəli məmurların böyük hissəsinin xəzinəyə təxminən 100 milyard dollar ödəməyə razılıq verdiyini deyib.