XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 17:27

Misir Prezidentindən orduya əmr:"Sinayı təmizləyin!"

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ordu komandanlarına Sinay yarımadasının şimalında 3 ay ərzində təhlükəsizliyi tam təmin etmək tapşırığı verib.

Trend-in məlumatına görə, dövlət başçısı bölgəni terrorçulardan təmizləmək üçün komandanlara bütün qüvvələrini səfərbər etməyi əmr edib.

Qeyd edək ki, son vaxtlarda Sinayda ardıcıl terror aktları törədilib. Noyabrın 24-də isə məscidə silahlı hücum nəticəsində 300-dən çox insan həlak olub.