XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 18:45

İran Bolqarıstan hökumətinin təyyarəsini hava məkanına buraxmadı- Bolqarıstan XİN etirazını bildirib

İran Bolqarıstan hökumətinin təyyarəsini onun hava məkanına daxil olmağa az qalmış geri dönməyə vadar edib.

Ər-Riyadda jurnalistlərə müsahibə verən Bolqarıstanın Baş nazirinin müavini və xarici işlər naziri Ekaterina Zaxariyeva bildirib ki, bütün icazələrin alınmasına baxmayaraq, İran tərəfi təyyarəni öz hava məkanına qoymayıb və təyyarə Türkiyəyə qayıdaraq İraq hava məkanından uçmaq üçün icazə alıb.

Bolqarıstan Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın bu ölkədəki müvəqqəti işlər vəkilinə etiraz bildirib(azərtac).