XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2017 - 20:01

Çexiya hökuməti istefaya gedib

Çexiyanın baş naziri Boquslav Sobotkanın rəhbərlik etdiyi hökumət istefaya gedib.

Trend-in məlumatına görə, yeni hökumət oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələri əsasında ölkə prezidenti Miloş Zeman tərəfindən dekabrın 13-də təyin olunacaq.

Həmin seçkilərdə qalib gəlmiş ANO hərəkatının lideri Andrey Babişin yeni hökuməti formalaşdıracağı gözlənilir.