XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2017 - 20:34

Türkiyə ordusu 80 terrorçunu məhv edib- İraqın şimalında

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İraqın şimalında PKK terror təşkilatının mövqelərinə endirilən hava zərbəsinin nəticələrini açıqlayıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Asos bölgəsində baş tutan əməliyyat nəticəsində 80-dən çox terrorçu məhv edilib.
 
Məlumata əsasən,  terrorçulara məxsus silah anbarı və iki ədəd zirehli texnika məhv edilib.
 
Yaralanan terrorçuların sayı çox olduğu üçün ölənlərin artacağı istisna edilmir.