XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2017 - 22:22

Çavuşoğlu həmsədrlərlə görüşüb- Ankarada

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
 
APA-nın xəbərinə görə, bu barədə M. Çavuşoğlu şəxsi “Twitter” səhifəsində yazıb.
 
"Həmsədrlərlə Ankarada görüşdüm və Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd etdim", – deyə M. Çavuşoğlu qeyd edib.