XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 21:47

Meksika:şəhər küçələrində içərisinə insan başları qoyulmuş soyuducular tapılıb

Meksikada naməlum şəxslər Qvadalahara şəhərinin müxtəlif rayonlarına insan qalıqları ilə dolu soyuducular qoyub.

Azərtac xəbər verir ki, “Proceso” jurnalının məlumatına görə, içərisində iki insan başının olduğu soyuduculardan biri Televisa Guadalajara telekanalının qarşısına qoyulub.

Həmçinin soyuducularda təhdidlə dolu qeydlər aşkarlanıb. Onlardan biri yerli hakimə, digəri isə Halisko ştatının polis rəisinə ünvanlanıb. Hər iki məktub ştatda fəaliyyət göstərən “Halisko – Yeni nəsl” narkokartelinin adına uyğun gələn C.J.N.G inisialları ilə imzalanıb.

Bu kartel Meksikada fəaliyyət göstərən ən iri cinayətkar dəstələrdən biridir. 2015-ci ildə onun üzvləri Qvadalahara şəhərinə hücum etmiş və hərbi helikopteri vurmuşdular.