XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 00:25

“Suriyanın birləşmiş müxalifəti birbaşa danışıqlara hazırdır” –Nəsr Həriridən bəyanat

Suriyanın birləşmiş müxalifəti Cenevrədə birbaşa danışıqlar aparmağa hazırdır.

Bunu Danışıqlar üzrə komissiyanın rəhbəri Nəsr Həriri bəyan edib.

Onun sözlərinə görə, bu gün müxalifət nümayəndələri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşəcəklər.

“Biz birbaşa danışıqlara hazırıq”, deyə N.Həriri vurğulayıb.

Rəsmi Dəməşqin nümayəndə heyəti noyabrın 29-da İsveçrəyə gəlib. Nümayəndə heyətinə Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri başçılıq edir.

Qeyd edək ki, Suriya üzrə danışıqların 8-ci raundu noyabrın 28-də Cenevrədə start götürüb/APA.