İsaykin: “S-400-ü çox ölkələr əldə etmək istəyir”
“Рособоронэкспорт”-un baş direktoru Anatoli İsaykin bildirib ki, çin Rusiyadan S-400 ZRK alıb.
Strateq.az TASS-a isnadən xəbər verir ki, İsaykin müqavilənin şərtlərini açıqlamayacağını bildirib: “çin Rusiyanın ən yeni HHM sistemi texnikasının ilk alıcısı oldu. Bu ancaq qarşılıqlı münasibətlərimizin strateji səviyyəsini nəzərə çarpdırır”.
İsaykin deyib: “S-400-ü çox ölkələr əldə etmək istəyir, lakin ilk növbədə Rusiya Müdafiə Nazirliyi təmin olunmalıdır. Mən hesab edirəm ki, əgər çinin maraqları üçün işləyiriksə, deməli, həm də öz maraqlarımız üçün işləyirik”.