XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

30 Noyabr 2017 - 16:58

Körfəz böhranı bitir, Qətərə qarşı birləşən ölkələri geri çəkiir –Əmir Küveytə çağırıldı

Qətər əmiri Tamim ben Hamad əl Tani Körfəz Əməkdaşlıq Şurası liderlərinin sammtinə dəvət edilib.

TASS xəbər verir ki, tədbir dekabrın 5-6-da Küveytdə keçiriləcək.

Qətər əmirini tədbirə Küveyt lideri Sabah əl Əhməd əl-Caber əs-Sabah dəvət edib.

Bu şuraya Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı daxildir.

Xatırladaq ki, bu il iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətəri regionda qeyri-sabitlik yaratmaqda ittiham edərək bu ölkəylə diplomatik əlaqələri dayandırıb/Report.