XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 07:39

İran öz pilotsuz təyyarələrini “hava-yer” raketləri ilə təmin edir

Yeni slah təminatı ilin sonunadək başa çatacaq

İran öz pilotsuz uçuş təyyarələrini (PUT) “hava-yer” sinifli raketlərlə təmin etməyə başlayıb.

Strateq.az İran nəşrinə əsasən xəbər verir ki, İran quru qoşunlarının komandanı general Əhməd Rza Purdustan Tehranda bu gün keçirdiyi mətbuat konfransında bu barədə məlumat verərkən deyib: “Raket silahı artıq bizim PUT-lara quraşdırılır. Yeni silah təminatı ilin sonunadək başa çatacaq. Hazırda uçuş və atəş sınaqları keçirdirik”.

Purdastan həmçinin yazın sonunda İranın mərkəzi hissəsində yerləşən Nəsrəbad bölgəsində böyük miqyaslı hərbi təlim keçirilməsinin planda olduğunu da qeyd edib: “Biz elektron vasitələrinin geniş tətbiq edildiyi müharibədə qoşunların qarşılıqlı hərəkətini bir daha yoxlamaq fikrindəyik”.