XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2017 - 13:59

İranda bu gün baş vermiş zəlzələdə 51 nəfər xəsarət alıb –Xilasetmə işi davam edir

İranın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində azı 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hazırda axtarış-xilasetmə işlər davam etdirilir. Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənub-şərqində 5,9 bal gücündə zəlzələ baş verib. Təkanlar Kirman şəhərindən 65 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.