XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 10:45

Lavrov:“Tezliklə Suriyada terrorçuluqla mübarizədə son nöqtə qoyulacaq”

Tezliklə Suriyada terrorçuluqla mübarizədə son nöqtə qoyulacaq.
 
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
 
“Əvvəlki məruzəçilər Yaxın Şərq və Aralıq dənizi regionunda təhdidlərdən danışdılar. Söhbət  qeyri-qanuni miqrasiya və tezliklə məğlub ediləcək terrorçulardan gedir. Biz Suriyada bu məqsədə yaxınlaşırıq. Lakin təbii ki, bu,  bölgədə və onun xaricində terrorun sonu  demək deyil”, deyə S.Lavrov III “Aralıq dənizi regionu: Roma dialoqu” beynəlxalq konfransında çıxış edərkən bildirib.
 
O həmçinin vurğulayıb ki, İŞİD-in məhvindən sonra BMT və rəsmi Dəməşqin icazəsi olmadan Suriyada yerləşdirilən bütün xarici hərbi qüvvələr bu ölkənin ərazisini tərk etməlidirlər.