İranda səhər saatlarında zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar Şiraz şəhərindən 487 kilomter məsafədə 4,4 bal gücündə qeydə alınıb.
Zəlzələnin 11 kilometr dərinlikdə olduğu bildirilib.
İnsan tələfatı və dağıntılar barədə hələ məlumat yoxdur.