XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2017 - 12:31

Hesabat:"İsrail həbsxanalarında təxminən 7 min fələstinli saxlanılır"

İsrail hüquq-mühafizə qüvvələri tərəfindən noyabr ayı ərzində Fələstinin işğal olunmuş ərazilərində 450 nəfər saxlanılıb.
 
APA-nın "Anadolu" agenytliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Məhbusları Araşdırma Mərkəzinin hesabatında deyilib.
 
Hesabatda bildirilib ki, saxlanılan fələstinlilərdən 62-si inzibati qaydada həbs olunub.
 
Son məlumata görə, hazırda İsrail həbsxanalarında təxminən 7 min fələstinli, o cümlədən 57 qadın və 300 uşaq var.