XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2017 - 12:47

CNN:"ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq"

ABŞ dövlət başçısı Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasını elan edə bilər.
 
 APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
 
Məlumata görə, D.Tramp 5 dekabrda fələstinlilərlə bağlı bəyanatında Qərbi Qüdsün İsrailin paytaxtı olduğunu da qeyd edəcək. Hətta onun qəti qərar qəbul etdiyi də bildirilir.
 
Qeyd edək ki, avqustda  ABŞ və İsrailin Amerika Səfirliyinin Tel Avivdən Qüdsə köçürülməsinin mümkünlüyünün yenidən müzakirəsinə qayıtdıqları bildirilmişdi.