XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 16:12

ABŞ-ın dövlət borcu durmadan artır- 20,5 trilyon dollara çatıb

ABŞ-ın ümumi dövlət borcu 20 trilyon 546 milyard dollara çatıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bununla bağlı rəqəmlər Nyu-Yorkun Manhetten rayonunun Tayms-skver hissəsində qurarşdırılan elektron monitorda nümayiş etdirilib. 

Bununlada ABŞ-da hər ailənin 172 min dollardan çox borcu olduğu açıqlanıb.

Məlumata görə, 2000-ci ildə elektron tabloda bu rəqəm 5,7 trilyon dollar kimi göstərilmişdi. Sonrakı dövrdə borc azalmağa başlayıb. Tablo isə iki il  söndürülmüş vəziyyətdə saxlanılıb. Borc artandan sonra onu yenidən işə salıblar. 2008-ci ildə isə ABŞ-ın dövlət borcu 10 trilyon dollara çatıb.

Elektorn tabloda 15 işarəli rəqəm nəzərdə tutulmayıb. Ona görə də monitorda yenidənqurma işlərinin aparılacağı gözlənilir.