XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 16:36

Kişilərin saçlarını qara rəngə boyamaları qadağan edilib- Türkiyədə

Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq fətva Türkiyə Dəyanət İşləri İdarəsi tərəfindən verilib.

İdarənin dindarların suallarına ünvanladığı cavablarda bildirilir ki, saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın.

Lakin qeyd olunur ki, İslam qaydalarına görə, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir.
"Bu qəbuledilməz sayılır", – deyə materialda bildirilir.