XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

02 Dekabr 2017 - 20:10

Prezident Giorgi Marqvelaşvili:"Son vaxtlar Gürcüstan cəmiyyətində baş verənlər göstərir ki..."

Son vaxtlar Gürcüstan cəmiyyətində baş verənlər göstərir ki, cəmiyyət təcavüzkardır. Baş verən faciələr bizi məcbur etməlidir düşünək ki, biz kimik və hansı cəmiyyətdə yaşamaq istəyirik.

Azərtac xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili son vaxtlar gürcü cəmiyyətində baş verən hadisələrdən, xüsusən də Tbilisidəki orta məktəbdə azyaşlılar arasında baş verən dava-dalaş nəticəsində bir məktəblinin ölməsi, digərinin isə ağır yaralanması ilə bağlı məsələlərə münasibət bildirərkən söyləyib.

Ölkə vətəndaşlarını, xüsusən də gəncləri səbirli, dözümlü olmağa, öz hərəkətləri barədə ciddi düşünməyə çağıran Prezident deyib: “Mən bütün ictimaiyyətə başsağlığı verirəm və bildirirəm ki, təəssüf, biz çox təcavüzkar və zorakılığa meyilli olmuşuq.

Gürcüstan dövlətinin başçısı ölkədə qadınlara qarşı da zorakılıq hallarının artmasından narahatlığını ifadə edib. Gəlin fikirləşək, biz hansı cəmiyyətdə yaşayırıq və biri-birimizə nə veririk.

Xatırladaq ki, Tbilisinin mərkəzindəki 51 saylı ictimai məktəbdə 11-ci sinif şagirdləri arasında mübahisə yaranıb. Münasibətlərinə məktəbdən bir qədər aralıda Xorava küçəsində aydınlıq gətirmək istəyiblər. On beş şagirdin toplaşdığı yerdə iki məktəbli bir-birini bıçaqlayıb. Məktəblilərin biri ölüb.