XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Dekabr 2017 - 11:09

Müqəddəs Məryəm kilsəsi bombalandı –Suriyada toqquşma

Şənbə günü silahlı qruplaşmalar atəşkəs rejimini pozub və Suriya paytaxtının xristianlar yaşayan Bab-Tuma məhəlləsini minaatanlardan atəşə tutublar.

Publika.az xəbər verir ki, mərmilərdən biri Müqəddəs Məryəm kilsəsinin yanına düşüb. İlkin məlumata görə, nəticədə 3 nəfər yaralanıb, binaya maddi ziyan dəyib.

Daha 5 nəfərin yaralanması barədə məlumat Dəməşqin şərqində yerləşən Cerman xristian dairəsindən daxil olub.

Məlumata görə, Suriya ordusu yaraqlıların Şərqi Qut regionundakı mövqelərinə cavab atəşi açıb və onların bir neçə atış qurğusunu məhv edib.