XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 13:40

“Puçdemon seçkilərdən əvvəl qayıtmayacaq” –Kataloniyaya radiosu

Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Kataloniyada dekabrın 21-də keçiriləcək parlament seçkilərinə qədər Belçikada qalacaq.

Bu barədə Kataloniyanın "Rac1" radiosu məlumat yayıb.

İspaniyaya ekstradisiya edilməməsinə çalışan K. Puçdemon parlament seçkilərində "Kataloniya hamı üçün" platformasına rəhbərlik edir. Platformaya konservativ, separatçı baxışları ilə seçilən PDeCAT Partiyası və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib/APA.