XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 19:40

Yəməndə üsyançılarla prezident tərəfdarları toqquşdu –Ölənlərin sayı 200 nəfəri ötdü

Yəmənin paytaxtı Sənada qiyamçı husilər və prezident Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı 200 nəfərdən çox insan ölüb.

Bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Husilərin nəzarətinə keçmiş Səna uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin bir çox rayonlarında husiləri sıxışdırıb, şəhərin əksəriyyətinə nəzarəti ələ keçirib. Hələ dekabrın 2-də toqquşmalarda ölənlərin sayının 100 nəfəri keçdiyi açıqlanmışdı.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçı husilər arasında toqquşmalar başlayıb. Münaqişə 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının husilərə qarşı hava əməliyyatlarına başlaması ilə daha aktiv mərhələyə keçib/APA.