XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2017 - 21:45

ABŞ Strateji Qüvvələr komandanı:"Rusiya və Çin kosmik peyklərə qarşı silah yaradır"

"Rusiya və Çin kosmik peyklərə qarşı silah yaradır".

Bu sözləri ABŞ Strateji Qüvvələr komandanı Con Hayten deyib.

“Rusiya və Çin kosmosdakı peykləri vura biləcək lazer silahları üzərində çalışır. Bu ölkələr belə silahların sınaqlarını gizlətmədən həyata keçirirlər. Moskva və Pekin 1991-ci ildə Körfəz müharibəsində ABŞ-ın peykləri uğurla istifadə etdiyini gördü və ona görə də bizi bu imkandan məhrum etmək istəyir”, – Hayten bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi də peykləri məhv edən silahlar üzərində iş aparıldığını vurğulamışdı.