XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 16:49

Yəmənin prezidenti öldürülüdü –Əli Abdullah Saleh raket atəşinə tutuldu - FOTO

Yəmənin Prezidenti Əli Abdullah Saleh öldürülüb. Bu barədə İran mətbuatı məlumat yayıb.

Yayılan xəbərlərdə bildirilir ki, paytaxt Səna şəhərindən qaçmağa çalışan prezident raket atəşinə tutulub. Onun zirehli avtomobili yaxın məsafədən raket atəşinə tutulub və avtomobil partlayıb. Nəticədə Prezident ilə yanaşı, onu köməkçisi Arif Zuka və Milli Konqresin (parlamentin) baş katibi Yasir Əl Əvəzi də ölüblər.

Qeyd edək ki, Yəmən mətbuatının yaydığı məlumatlarda isə sabiq prezidentin ölümü haqqında xəbərlər təkzib edilib.

***

“Husilər bu gün Yəmən paytaxtı Sənada sabiq diktator Əli Abdullah Salehin evini partladıb və başçılıq etdiyi “Xalq Konqresi” partiyasının qərargahına hücum ediblər. Məlumata görə Əli Abdullah Saleh Sənadan qaçan zaman öldürülüb. Əli Abdullah Salehin partiyası son 3 gündə əhalini husilərə qarşı üsyana çağırmışdı.”

İslaminSesi.info xəbər verir ki, bu barədə Yəməndə “Ənsarullah” hərəkatına yaxın mənbələr məlumat verib.

 Amma Əli Abdullah Salehin başçılıq etdiyi “Xalq Konqresi” partiyası bu məlumatları təkzib edib.

 Yəmənin Müdafiə Nazirliyi bəyanat yayaraq, Sənada və digər əyalətlərdə "xəyanətçi birləşmələrin" zərərsizləşdirildiyini və onların lideri Əli Abdullah Salehin öldürüldüyünü deyib.

"Ənsarullah"a yaxın bəzi mənbələr Əli Abdullah Salehin, onun şəxsi cangüdəni və liderlik etdiyi partiyası "Xaıq Konqresi" partiyasının sədrinin paytaxatdan çıxıb Məribə qaçan zaman BƏƏ-nin hava zərbələri nəticəsində öldüyünü bildiriblər.

Əli Abdullah Saleh 1978-2011 ci illər ərzində Yəməndə hakimiyyətdə olub. O bu müddət ərzində Səudiyyənin dəstəyi ilə husilərə qarşı 5 dəfə muharibəyə girib. Lakin 2015-ci ilin əvvəlində Yəməndə “Ənsarullah”-ın (husilər) paytaxt Sənanı ələ keçirməsindən sonra onlarla ittifaqa girib. Əli Abdullah Saleh Sudiyyənin koalisiyasının hücumu əsnasında husilərlə müttəfiq idi. Əli Abdullah Saleh və onun partiyası son 3 gündə əhalini Yəməndə husilərə qarşı üsyan etməyə çağırmışdı. Əli Abdullah Saleh 3 gün öncəki çıxışında bildirmişdi ki o, artıq husilərlə rəsmi tərəfdaş deyil.