XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 17:57

Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırdı –“Xarici agent”lərin reyestrini aparacaq

Rusiya Prezidenti Vladimir Putin Ədliyyə Nazirliyinin səlahiyyətlərini artırıb.

Dövlət başçısının müvafiq fərmanına uyğun olaraq nazirlik xarici agent funksiyasını daşıyan xarici KİV-lərin reyestrini aparacaq.

Xatırladaq ki, noyabrın 25-də Vladimir Putin KİV haqqında qanunvericiliyə dəyişiklikləri təsdiq etmişdi. Yeni qanunvericilik xaricdən maliyyələşən kütləvi informasiya vasitələrini xarici agent kimi tanımağa imkan verir. Beləliklə, bəzi KİV-lərə xarici agent statusunun verilməsi ilə onlara qarşı bir sıra məhdudiyyətlər tətbiq ediləcək. (Trend)