Sazişin dəyəri 57 milyon dollardır
ABŞ Müdafiə Nazirliyi yanında müdafiə əməkdaşlığı üzrə agentlik Misirə 356 Hellfire II R-variant “hava-yer” sinifli raketlərin tədarükü üçün sazişin təsdiqi barədə məlumat yayıb.
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, sazişin dəyəri 57 milyon dollardır. Sazişə təlmatlandırma, texniki dəstək və ehtiyat hissələr də daxildir.
Xatırladaq ki, Pentaqon bir həftə əvvəl 1000 ədəd belə raketin Pakistana satılması barədə məlumat vermişdi.