XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 18:37

“Puçdemon Belçikada qalacaq” –Vəkil

İspaniyanın Kataloniya Muxtar Vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemon İspaniya Ali Məhkəməsinin onun həbsi ilə bağlı qərarı ləğv etməsinə baxmayaraq, Belçikada qalmağı planlaşdırır.

Bu barədə Belçikanın "Echo" nəşrinə Puçdemonun vəkili Pol Bekart məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmə mövcud üç orderdən yalnız birinə xitam verib.

Nəşr qeyd edir ki, Kataloniya hökumətinin sabiq liderinin həbsi ilə bağlı İspaniya və beynəlxalq order qüvvədə qalır.

Xatırladaq ki, bu gün İspaniya Ali Məhkəməsi Puçdemon və Kataloniya hökumətinin hazırda Belçikada olan üç keçmiş üzvünün həbsinə dair Avropa orderini geri götürüb/Report.