XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 19:12

Öldürülən sabiq prezidentin oğlu intiqam andı içdi –Yəmən xalqına çağırış

Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin oğlu Əhməd Əli Saleh atasını öldürən husilərdən intiqam almaqla bağlı çağırış edib.

"Report" Ərəb KİV-inə istinadən xəbər verir ki, Əhməd Saleh səudiyyə telekanallarından birinə müsahibəsində bütün husilər Yəməndən qovulmayana qədər müharibəni davam etdirəcəyini bildirib.

O, atasının tərəfdarlarını vətən uğrunda müharibəni başa çatdırmağa çağırıb.

Qeyd edək ki, keçmiş briqada generalı olan Əhməd Əli Saleh Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşıdır və 2011-ci ilə qədər Yəmən Respublika Qvardiyasının komandanı olub.

Xatırladaq ki, noyabrın 29-dan etibarən Yəmənin paytaxtı Sanada bir müddət əvvəl hökumətə qarşı müttəfiq kimi çıxış edən qüvvələr – husilər və Yəmənin keçmiş prezidenti Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar davam edir.