XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 19:30

“Qanunlara tabe ol, ittihamlara cavab ver” –Daxili işlər nazirindən Saakaşviliyə xəbərdarlıq

Ukrayna daxili işlər naziri Arsen Avakov Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilini Ukrayna hökumətinə tabe olmağa çağırıb.

Bu barədə o, özünün "Twitter” səhifəsində yazıb.

A. Avakov bildirib ki, istənilən münaqişə yalnız qanuni yolla həll olunmalıdır: "Saakaşvili qanunun tələblərinə tabe olmalı, hüquqi prosedurdan keçməli, ittihamlara cavab verməlidir. O, qan tökülməsinə və toqquşmaya səbəb olmamalıdır. Məhkəmənin qərarı olmadan baş verənlər həll olunmayacaq”.

Qeyd edək ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan, lakin sonra tərəfdarlarının köməyi ilə azad edilən M. Saakaşvili kiyevliləri Maydana toplaşmağa çağırıb/APA.