XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2017 - 11:23

Saakaşvili istintaqa izahat verməkdən imtina edib- Bu gün brifinq keçirəcək

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib.

APA-nın “RT” telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə “Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.   
 
“Saakaşvili  heç bir prosessual sənəd imzalamayıb, nə də almayıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, – deyə Maryana Poçtar bildirib.
 
Onun sözlərinə görə, dekabrın 6-na Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib.